SON DƏQİQƏ

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

19:30 - İstirahət günlərində gözlənilən hava proqnozu

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutu: Sabahın müəllimləri pedaqoji təcrübədə

Naxçıvan Müəllimlər İnstitutu: Sabahın müəllimləri pedaqoji təcrübədə
4-03-2019, 18:09

Dahilər müəllimi Günəşlə müqayisə edirlər. Günəş öz işığını, hərarətini yer üzünə yaydığı kimi müəllim də öz bilik və bacarığı ilə yüzlərlə insanın yoluna məşəl kimi nur saçır. Naxçıvan Müəllimlər İnstitutu məhz belə müəllimlərin hazırlanmasını özünün əsas vəzifəsi hesab edir. Gənc ali təhsil ocaqlarından olmasına baxmayaraq bu gün muxtar diyarımızın, habelə ölkəmizin bütün guşələrində bu institutun yetirmələrinə rast gəlmək olar. Ötən dövr ərzində böyük inkişaf yolu keçən institutun maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və yenilənməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində mümkün olmuşdur.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun buraxılış kurslarında İbtidai sinif müəllimliyi və Riyaziyyat və infromatika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr 18 fevral 2019-cu il tarixdən Naxçıvan şəhər məktəblərində 14 həftəlik pedaqoji təcrübəyə başlamışlar. Məlumdur ki, təlimin keyfiyyəti müəllimin peşəkarlıq səviyyəsindən, yaradıcılıq qabiliyyətindən, tədris prosesində yeni pedaqoji texnologiyaları tətbiq edə bilməsindən və öz üzərində müntəzəm işləməsindən asılıdır. Tələbə ali təhil ocağında müəllimdən aldığı nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalıdır. Məhz buna görə institutda bu işə böyük diqqət yetirilir və həmişə nəzarətdə saxlanılır. Növbəti pedaqoji təcrübə də gənclərin gələcəyin mükəmməl pedaqoqları kimi yetişmələri məqsədini daşıyır.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev tələbələrin təcrübə keçdiyi məktəblərdə olmuş, tələbələrə pedaqoji təcrübənin əhəmiyyətindən danışmış, onların icmalları, gündəlikləri və müşahidə qeydləri ilə, habelə təcrübə rəhbəri, ixtisas metodisti, pedaqoq və psixoloqların apardığı işlərlə yerindəcə tanış olmuşdur. Pedaqoji təcrübə zamanı məsuliyyət və nizam-intizamın vacibliyi qeyd edilmiş, dərslərin ən müasir İKT vasitələri ilə keçirilməsi, tərbiyəvi tədbirlərin maraqlı və məqsədyönlü təşkil edilməsinə dair tapşırıqlar verilmişdir. Rektor təcrübə keçən tələbələrin dərs məşğələlərində şəxsən iştirak etmiş, gündəlik mövzuların dərsin məqsədinə uyğun keçirilməsini və tələbələrin təcrübi bilik və bacarıqlarının qiymətləndirilməsini müşahidə etmişdir. Pedaqoji təcrübə müddətində tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Naxçıvan Müəllimlər İnstitutu: Sabahın müəllimləri pedaqoji təcrübədəNaxçıvan Müəllimlər İnstitutu: Sabahın müəllimləri pedaqoji təcrübədə
Naxçıvan Müəllimlər İnstitutu: Sabahın müəllimləri pedaqoji təcrübədə

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30