SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Regional İnkişaf” İctimai Birliyi Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün məşğələlər təşkil edib

4-03-2019, 16:05

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün incəsənətin müxtəlif növləri üzrə məşğələlər təşkil edib.

NAXCİVANXEBERLERİ.COM Fonda istinadən xəbər verir ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə keçirilən məşğələlər çərçivəsində uşaq və yeniyetmələr rəqs, aktyorluq sənəti və əl işlərinin hazırlanması ilə bağlı təlimlərdə iştirak ediblər. Onlar üçün eyni zamanda musiqili-əyləncəli proqramlar da təşkil olunub.

Layihənin məqsədi valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, eyni zamanda onların incəsənətin müxtəlif növlərinə marağını artırmaq və gələcəkdə peşə seçimlərini stimullaşdırmaqdır.

Məşğələlərin daha sonra müntəzəm davam etdirilə bilməsi üçün uşaq evinin müəllimləri də təlimlərə cəlb olunub.

Qeyd edək ki, layihənin digər regionlardakı uşaq evləri və internat məktəblərində də keçirilməsi nəzərdə tutulur.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031