SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahələrdə şum işləri davam edir

Sahələrdə şum işləri davam edir
22-08-2020, 10:09

Ata-babalarımız “Taxıl iki yay görməlidir”, deyib. Yay şumunun vaxtında və keyfiyyətli aparılması ziyanvericilərin və sürfələrinin məhv olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir. Bu barədə fermerlərlə aparılmış maarifləndirici tədbirlər öz nəticəsini verib. Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər. Rayon üzrə mexanizatorlar indiyə kimi 213 hektar sahədə yay şumu aparıblar. Hazırda rayonumuzda torpaq sahələrinin şumlanması işi başlayıb və kənd təsərrüfatında ən məhsul dövrü hesab olunan yay şumu sürətlə davam etdirilir. Şumlanmış sahələrin tapanlanması, çizellənməsi üçün də kifayət qədər texnika və aqreqat vardır. Taxıl əkini üçün yaradılmış toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar da tədarük edilib. Sahələrin əkin üçün hazırlanmasına da son hazırlıq işləri görülür.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930