SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada məhkəmə əməkdaşları üçün onlayn seminar keçirilib

Muxtar respublikada məhkəmə əməkdaşları üçün onlayn seminar keçirilib
21-08-2020, 17:08

Avqustun 21-də Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı və muxtar respublika üzrə rayon (şəhər) və ixtisaslaşdırılmış məhkəmələrin əməkdaşlarının iştirakı ilə “Məhkəmələr tərəfindən təyin edilən ekspertizaların əhəmiyyəti” mövzusunda onlayn seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarın keçirilməsində məqsəd məhkəmələr tərəfindən təyin edilən ekspertizalar zamanı müvafiq sənədləşmə işinin düzgün tərtib edilməsinə köməklik göstərmək olmuşdur.

Seminarı giriş sözü ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov açaraq mərkəzdə həyata keçirilən ekspertizalar haqqında umumi məlumat vermişdir. Qeyd etmişdir ki, ekspertizaların aparılmasına dair müvafiq məhkəmələrə mütəmadi olaraq tövsiyə məktubları hazırlanaraq göndərilir. Zəruri hallarda hakimlərin dəvəti ilə ekspertlərin məhkəmə baxışı zamanı proseslərdə iştirakı təmin olunur.

Sonra Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Emin Əliyev, İqtisad ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Sərdar Nəcəfov, İqtisad ekspertizası bölməsinin rəisi əvəzi I dərəcəli ədliyyə qulluqçusu Rasim Quluzadə, Mühəndis-texniki ekspertiza bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həsən Babayev təmsil etdikləri ekspertiza sahələri üzrə çıxış etmişlər.

Ekspertlər tərəfindən iştirakçılara ekspertiza təhqiqatı zamanı qarşıya çıxan çətinliklər haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, məhkəmə ekspertizası təcrübəsinin təhlili göstərir ki, təhqiqat materiallarının, ekspertiza təyini haqqında işlərin bəzən icrasız geri qaytarılmasının başlıca səbəbi ekspertiza tədqiqatı üçün zəruri olan sənədlərin (obyektlərin) məhkəmələr tərəfindən təqdim olunmuş iş materiallarında olmaması və ya iş materiallarında qismən göstərilməsidir. Eyni zamanda  ekspertiza  sənədlərinin təqdim olunması ilə bağlı  verilən vəsatətlərin vaxtında təmin edilməməsi və ya qismən təmin edilməsidir. Ona görə ekspertizalar təyin edilərkən müvafiq sənədləşmə işlərinə diqqət yetirilməlidir.

Sonda seminar iştirakçıları ilə ekspertlər arasında fikir mübadiləsi aparılmış, verilən suallar cavablandırılmışdır.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930