SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazirlik: Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsait 200 manat təşkil edəcək

Nazirlik: Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsait 200 manat təşkil edəcək
2-03-2019, 13:24

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlər aprelin 1-dən 83 faiz artım edilməklə 82 manatdan 150 manata çatdırılacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunub.

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.

Qeyd edək ki, həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlardır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930