SON DƏQQƏ

naxcivanxeberleri.com

Oba sakinlərinin ehtiyaclarına uyğun xidmət göstərilir

Oba sakinlərinin ehtiyaclarına uyğun xidmət göstərilir
15-08-2020, 16:53

Hər il iyun ayının ortalarından baş- keçirilib layaraq heyvandarlıqla məşğul olan sahibkarlar mal-qaralarını yaylaqlara qaldırırlar. Muxtar respublikada köçəri heyvandarlıqla məşğul olan sahibkarlara bu sahənin inkişafı üçün hərtərəfli köməkliklər göstərilir. İlin üç-dörd ayını yaylaq şəraitində keçirən sahibkarların sağlamlıqlarının qorunması, ərzaq təminatının yaradılması, mal-qara arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər rayonumuzda da davam etdirilir. Rayonun təbii-iqlim şəraiti, buradakı bitki örtüyünün müxtəlifliyi heyvandarlıqla məşğul olmağa münbit şərait yaradır. Rayon ərazisindəki mövcud yaylaqlara təkcə şahbuzlu fermerlər deyil, muxtar respublikanın digər ərazilərindən olan sahibkarlar da öz mal-qaralarını çıxararaq oba qurub yaşayırlar. Şahbuz rayonunun aidiyyəti təşkilatları yaylaq mövsümü ərzində rayon İcra Hakimiyyətində təsdiq olunan Tədbirlər Planına uyğun olaraq yaylaqlarda oba quran sakinlərə hərtərəfli köməkliklər göstərirlər.

Bu günlərdə yenə də rayon ərazisindəki mövcud yaylaqlara baş çəkilib. Rayon Mərkəzi Xəstəxanasının həkimləri oba sakinlərini müayinə edib, onlara tibbi məsləhətlər verib. Həmçinin oba sakinlərinə tibbi yardım ləvazimatları və dərmanlar da paylanıb. Məlumdur ki, indi yaylaqda olsa belə, müxtəlif mövsümi xəstəliklərdən-günvurmadan, zəhərlənmədən qorunmaq üçün müəyyən tibbi biliklərə yiyələnmək vacibdir. Həmçinin obalarda daha çox ilan və əqrəb sancmaları ehtimalının olması baxımından maarifləndirmənin aparılması vacibdir. Bu baxımdan oba sakinlərinə ilkin tibbi yardım göstərilməsi və xəstəni ağır vəziyyətdən çıxarmaq üçün lazımi tədbirlər görülməsi barədə də maarifləndirici söhbətlər aparılıb, lazımi məsləhətlər verilib. Rayon Baytarlıq İdarəsinin kollektivi isə heyvanlar arasında baş verə biləcək xəstəliklərlə bağlı sahibkarları məlumatlandırıblar. Həmçinin baytar həkimlər tərəfindən mal-qara müayinə edilib, yataq yerləri dezinfeksiya olunub. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da sakinlərin yaşadığı yerlərdə profilaktika məqsədilə dezinfeksiya tədbirləri aparıblar. Oba sakinlərinə həm də ticarət xidməti göstərilib. Onlar üçün ərzaq və lazım olan digər məhsulların satışı təşkil olunub. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930