SON DƏQQƏ

naxcivanxeberleri.com

Oturaq işin zərərlərini necə azaltmaq olar?

Oturaq işin zərərlərini necə azaltmaq olar?
15-08-2020, 14:23

“Oturaq vəziyyət insan pozasının fizioloji tələbat baxımından ən qeyri-funksionalıdır”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “Sputnik” radiosuna müsahibəsində kardioloq Vladimir Xoroşev deyib.

“İnsan ayaqüstə olarkən və ya uzanarkən onun arteriyaları düz vəziyyətdə qalır. Oturarkən isə damarlar daralır və arterial qanın axını kəskin azalmağa başlayır. Bu, çox pis haldır. Qan axışının yavaşlaması həmin arteriyalarda aterosklerotik dəyişikliyin artmasına səbəb ola bilər. Bu isə çox ağır fəsadlara - aşağı ətraflarda arterial yolların zədələnməsinə yol aça bilər. Təəssüf ki, bunun müalicəsi də çox bahadır”, -  kardioloq bildirib.

Oturaq işin mənfi fəsadlarını azaltmağa gündə yarım saat – bir saatlıq fiziki məşğələlər yardımçı ola bilər: “Oturaq poza ən əlverişsizidir. Əgər insanın oturaq həyat tərzindən çəkinmək imkanı varsa, bunu etmək gərəklidir. Müasir ofislərdə ayaqüstü kompüter stollarının quraşdırılması boşuna deyil. Belə yerdə insan oturmur, ayaqüstə qalır. Bu funksional olaraq alverişlidir. Bilmək lazımdır ki, ayaqüstə qalmaq heç də zərərsiz deyil, ancaq insan hər 30 dəqiqədən bir hərəkət edərsə, bu ziyanı azalda bilər”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930