SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərək üzümləri bara dolub

Sədərək üzümləri bara dolub
15-08-2020, 13:18

Qədim yurd yeri Sədərək kəndində yetişdirilən üzüm tarixən şöhrətli olub, adla deyilib. Şəffaflığı, dadı, tamı çoxdur Sədərək üzümünün. Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünə məxsus becərmə üsulu var. Mövüc, kişmiş, qışa milax üzüm asması indinin özündə də maraq doğurur. Bu kənddə yaşayan insanların əksəriyyətinin üzümçülükdə zəngin təcrübəsi var. Elə bu sahədəndə az gəlir götürmürlər. Sədərəkdə olan üzüm bağının sehirli şöhrəti ilə bağlı çoxları ilə söhbətləşdik. Ağsaqqal Əli İsmayılov dedi ki, kəndimizdə bu gün də səliqə-sahmanı ilə seçilən üzüm bağları çoxdur. Sədərəkdə üzüm bağları da özünəməxsusdur. Arxlar dərin olur. Arası isə 3 metr tənəklərdə, bir-birindən 2 metr məsafədə əkilir. Burada bu üsulla əkilən bağlara çox rast gəlmək olar. Həmsöhbət olduğumuz qocaman, yaşı 80-ni adlamış, amma hələ də əlini işdən üzməyən Mikayıl Bəbirov üzümün faydaları haqqında bildirdi ki, üzüm orqanizm üçün çox əhəmiyyətli qida mənbəyidir. Tərkibində protein, yağ və bir çox insan orqanizmi üçün lazım olan maddələr və fərqli vitaminlər vardır. Qanı artırır, iştahı açır. Mədəni, bağırsaqları və böyrəkləri qüvvətləndirir. Həzm sistemini gücləndirir.

Üzüm dərildikdən sonra nə qədər tez yeyilərsə, şəfası bir o qədər çox olar. Gənc təsərrüfat sahibi Aydın Yaqubovla da həmsöhbət olduq. O bildirdi ki, indi həyətində, əsasən süfrə üzümləri - ağ üzüm və bir də kişmiş sortları yetişdirir. Ağ üzüm yetişəndə, kişmişləri isə əsasən qurutduqdan sonra satıb öz ailə büdcəsini zənginləşdirir. O qeyd edir ki, bu sahə ilə məşğul olması onun gəlirini daha artırıb. Çünki adı ilə, tamı ilə seçilən Sədərək üzümünün alıcısı elə başının üstündədir. Müsahibimiz üzümün tumunun da çox xeyirli olduğunu qeyd etdi. Bildirdi ki, xərçəng xəstəliklərinə qarşı üzüm tumunun çəkilmiş suyundan istifadə olunmasında ilahi bir səbəb var. Elə buna görə də Allah Rəsulu bir gün bu giləmeyvənin ölümcül bir xəstəliyə müalicəvi əhəmiyyəti olacağını bildiyi üçün bolca üzüm yeməyi insanlara məsləhət görüb. Həmsöhbətimiz bildirdi ki, əksəriyyətimiz üzüm, kişmiş və ya mövüc – yəni üzüm qurusu yeyərkən istər istəməz dənəsini çıxarıb atırıq. Heç vaxt da düşünmürük ki, üzümü yaradan Allah tumunu, dənəsini niyə yaradıb. Bəlkə də çox adam deyər ki, dənə meyvənin toxumudur, onun vasitəsilə artıb çoxalır. Düzdür təkcə üzüm deyil əksər meyvə-tərəvəzlər, bitkilər toxum vasitəsilə artıb çoxalır. Ancaq bu toxumların bilmədiyimiz çoxlu faydaları da vardır. Nədənsə bazar, dükan və marketlərdə tumsuz, dənəsiz üzümlər daha çox alınıbsatılır.

Çünki onun şəfaverici, sağlamlıq üçün əhəmiyyətli olmasına deyil, zahiri gözəlliyinə və bir də rahat yeyilməsinə aldanılır. Halbuki təbii üzümün dənəsi bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində dərman kimi istehsal olunur. Yavaş-yavaş bütün dünyada çoxalmağa başlayan üzüm tumu dərmanı çox keçməz ki, bütün əczəxanalarda öz yerini tapar. Aydın onu da qeyd etdi ki, dənənin ən çox faydası qan damarlarını təmir etməsidir. Qan damarları insanın həyatı üçün hədsiz dərəcədə əhəmiyyətlidir. Çünki təpədən-dırnağa damarlarla əhatə olunmuş bədənimiz qanla qidalanır ki, həmin qan da damarlar vasitəsilə orqanlara çatdırılır. Sonda həmsöhbət olduğumuz üzüm təsərrüfatı ilə məşğul olan hər bir təsərrüfat sahibləri qeyd etdilər ki, heç bir yan təsiri olmayan üzümü süfrələrinizdən əskik etməməliyik.

Gülnarə HÜSEYNOVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930