SON DƏQQƏ

naxcivanxeberleri.com

Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib

Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
15-08-2020, 11:42

Daxili İşlər Nazirliyi tərəfindən qarşıdan gələn Məhərrəm ayı ilə bağlı açıqlama verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, qarşıda gələn Məhərrəm ayında dini ayinlərin keçirilməsi, dindar insanların hislərinə, onların inanclarına çöx böyük hörmətlə yanaşılır:

"Bu ayinlər hər zaman ölkəmizdə keçirilib. Amma indiki epidemioloji vəziyyəti nəzərə almalıyıq. Xüsusən digər əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrdə dini mərasimlərin keçirilməsi ilə bağlı şərtləri, qaydaları öyrənirik. Bunları nəzərə alaraq qarşıdan gələn dini mərasimlər çərçivəsində kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik.

Ölkəmizin din xadimləri tərəfindən də bununla bağlı insanlarımıza müraciətlər olub, vətəndaşlarımızın bu müraciətlərə əməl edəcəyini inanırıq."

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930