SON DƏQQƏ

naxcivanxeberleri.com

Sahələrdə şum qaldırma işlərinə başlanılıb

Sahələrdə şum qaldırma işlərinə başlanılıb
15-08-2020, 09:42

Rayonumuzun taxılçıları cari ili yüksək göstəricilərlə başa vurublar. 2357 hektar sahədən 8591 ton məhsul toplanıb. Məhsuldarlıq 36,4 sentner olub. Artıq sahələrin şumlanması işləri aparılır. Gələcəkdə məhsuldarlığın yüksək olması üçün indidən lazımi tədbirlər görülür.

Sahələrə səpilən gübrələrşumlanma vasitəsilə qarışdırılır. Beləliklə atababalarımızın əsrlərin sınağından uğurla çıxardığı belə təcrübələrə əsaslanan torpaq mülkiyyətçiləri və fermerlər əkin üçün ilkin tədbir hesab olunan torpaq şumunu sürətlə davam etdirirlər. Məlumdur ki, erkən şum edilmiş torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları günəş şüalarının təsirindən məhv olur. Torpaq şumunun vaxtında aparılması, həmçinin, torpağı müəyyən qədər zənginləşdirir. Bunun vacibliyini sınaqdan keçirən kənd əməkçiləri şumun gecikdirilmədən başa çatdırılmasına çalışırlar.

Hər gün zəmilərdə 2 şum traktoru işləyir. Gələcəkdə bunların sayı artırılacaq. İndiyədək 63 hektarda şum qaldırılmışdır. Şumlanmış sahələrin tapanlanması, çizellənməsi üçün də kifayət qədər texnika və aqreqat vardır. Taxıl əkini üçün yaradılmış toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar da tədarük edilmişdir. Sahələrin əkin üçün hazırlanmasına da hazırlıq işləri görülür.

“Oğuz yurdu” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930