SON DƏQQƏ

naxcivanxeberleri.com

Yaddaşı yaxşılaşdırmaq üçün bunları yeyin!

Yaddaşı yaxşılaşdırmaq üçün bunları yeyin!
15-08-2020, 02:19

Bəzi məhsullar yaddaşı və diqqəti yaxşılaşdırmağa kömək edir. Bu məhsullar arasında:

1. Balıq.

Omeqa-3 yağlı turşularla zəngin olan balıq beynin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və diqqəti yaxşılaşdırır.

2. Qəhvə

Araşdırmalar göstərib ki, qəhvə həqiqətən yaddaşı yaxşılaşdırmaq xüsusiyyətinə malikdir.

3. Şokolad

Təbii tünd şokolad çox faydalı məhsuldur. Ürək-damar və sinir sisteminə çox müsbət təsir edir, yaddaşı və beynin fəaliyyətini yaxşılaşdırır.

4. Sarıkök

Sübut olunub ki, bu ədviyyat beyinin fəaliyyətinə yaxşı təsir edir, yaddaşı möhkəmləndirir.

5. Qara və qırmızı üzüm

Amerika alimləri araşdırmalar nəticəsində belə qərara gəldilər ki, qara və qırmızı üzüm yaşla əlaqəli olan yaddaşın və diqqətin pozulmasını ləngidir.

Digər araşdırma zamanı iştirakçılar 1 ay ərzində hər gün üzüm şirəsini içirdilər. 1 aydan sonra məlum olub ki, onlar öz yaddaş testlərinin nəticələrini xeyli yaxşılaşdırıblar.

6. İspanaq

Antioksidantlar və fol turşusu ilə zəngin olan ispanaq beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır .

7. Qoz-fındıq

Mütəxəssislər hər gün 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər. Bununla siz həm ürək-damar, həm sinir sisteminizi müxtəlif mənfi təsirlərdən qoruya bilərsiniz.

8. Yumurta

Yumurtanın tərkibində beynin fəaliyyəti üçün çox faydalı olan bir çox maddələr var.

9. Soya

Bu bitki bütün dünyada beynin fəaliyyətini və yaddaşını yaxşılaşdıran əsas bitkilərdən biri sayılır. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930