SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Bələdiyyə torpaqlarının icarə verilməsinin monitorinqi aparılır

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Bələdiyyə torpaqlarının icarə verilməsinin monitorinqi aparılır
14-08-2020, 12:45

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında verilmiş bələdiyyələr tərəfindən torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyə əməl edilməsinə nəzarət edilməsi tapşırığının icrası təmin olunur.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədlə Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət yaradılmış işçi qrupu, rayon icra hakimiyyətlərinin nümayəndələrin də iştirakı ilə  bələdiyyə mülkiyyətində olan torpaqların qanunvericiliyə uyğun icarəyə verilməsinin monitorinqinə başlamışlar.

İşçi qrup ilk olaraq Babək və Culfa rayonlarında fəaliyyət göstərən bələdiyyələrdə olaraq bələdiyyə sədrləri ilə görüşmüş və icarəyə veriləcək torpaq sahələrinə baxış keçirmişlər. Keçirilən monitorinqlərdə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin başladığı torpaq islahatının nəticəsi olaraq kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, torpaq öz sahibinə - kəndliyə verilmişdir. Aqrar sahədə həyata keçirilən islahatlar muxtar respublikamızda da sahibkarlığın inkişafına, kəndlinin gün-güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Eyni zamanda bələdiyyə qanunvericiliyin qəbul edilməsi ilə bələdiyyə torpaqlarının ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə verilməsi imkanları genişləndirilmişdir. Bu sahədə bələdiyyələrin üzərinə düşən vəzifələrin izahı məqsədilə nazirlik maarifləndirici seminarlar təşkil edir, bələdiyyə torpaqların icarəyə verilməsi qaydaları ilə bağlı dair metodiki materiallar hazırlayır.

Əsasən bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Nəzərə alsaq ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Kənd bələdiyyələrində torpaqların icarəyə verilməsi, torpaqların əkin dövriyyəsinə cəlb olunmasına təsir edir ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsində çox əhəmiyyətlidir.

Torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericilklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin qanunun tələbinə əsasən torpaqların icarə haqqının torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilməlidir. Bazar məzənnəsi dəyişkən olduğu üçün hər bir torpaq sahəsinə ayrıca yanaşılmalı, torpağın kateqoriyası, məhsuldarlığı, yerli və başqa yararlılıq göstəriciləri nəzərə alınmalıdır.

Keçirilən monitorinqlər zamanı torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə ətraflı məlumat verilmişdir.

Monitorinqlərin digər şəhər və rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulur.

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031