SON DƏQQƏ

naxcivanxeberleri.com

Heydərabad qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdə seminar-müşavirə keçirilib-FOTO

Heydərabad qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdə seminar-müşavirə keçirilib-FOTO
13-08-2020, 20:13

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayon Heydərabad qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində “Biçindən sonra taxıl sahələrinin yandırılması yanğın təhlükəsizliyi baxımından yol verilməzdir” mövzusunda seminar-müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Sədərək rayon İcra Hakimiyyətinin huquq şöbəsinin müdiri Natiq Əliyev bu cür seminar-müşavirələrin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Fövqəladə Hallar Nazirliyinin zabiti daxili xidmət mayoru Hasil Məmmədov muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi və xüsusilə taxıl sahələrinin biçindən sonra yandırılmaması istiqamətində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Sədərək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəis müavini daxili xidmət mayoru Yusif Məmmədov ot-taxıl biçini dövründə fərdi yaşayış evlərinin həyətyanı ərazilərinə ot-saman tayalarının yerləşdirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunması mövzusunda məruzə edib.

Sədərək rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinin icraçısı Azər Həsənov ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri mövzularında məlumt veriblər.

     Seminar-müşavirənin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tövsiyə xarakterli  yaddaş kitabçaları təqdim ediləcək.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930