SON DƏQQƏ

naxcivanxeberleri.com

Babək rayonunda torpaq mülkiyyətçiləri ilə görüş keçirilib

Babək rayonunda torpaq mülkiyyətçiləri ilə görüş keçirilib
13-08-2020, 17:27

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Babək rayon  inzibati ərazisində ikinci mərhələ əkinlər, eləcədə payızlıq taxıl əkinləri  aparılacaq sahələrdə şum qaldırılmasının monitorinqlərini apararaq torpaq sahələrinin aqrotexnikanın tələbləri əsasında hazırlanmasına dair sahibkarların iştirakı ilə tədbir keçiriblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirdə mütəxəssislər qeyd ediblər ki, aqrar sahədə istehsal vasitələrinin nüvəsini torpaq təşkil edir. Hərtərəfli dövlət qayğısıyla əhatə olunan bu sahədə mütərəqqi metodların tətbiqi məhsuldarlığın yüksəldilməsində əsas rol oynayır. Aqrotexnikanın tələblərinə uyğun olaraq şumun qaldırılması, şırımla suvarmanın tətbiqi, rayonlaşdırılmış toxum sortlarından istifadə edilərək əkinlərin aparılması və həmçinin becərmədə nəzərdə tutulan digər kompleks tədbirlərin optimal müddətdə həyata keçirilməsi həmişə diqqətdə saxlanılmalıdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930