SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sərdar Ünsal: “Zəlzələ bölgəsində yerləşən Metsamor Atom Elektrik Stansiyası Türkiyə və Azərbaycan üçün böyük təhlükədir”

Sərdar Ünsal: “Zəlzələ bölgəsində yerləşən Metsamor Atom Elektrik Stansiyası Türkiyə və Azərbaycan üçün böyük təhlükədir”
13-08-2020, 17:25

“İğdırda baş verən 4.4 bal gücündə zəlzələ İğdır xalqını və bölgədəki insanları qorxutdu ki, bunun da əsas səbəbi zəlzələ bölgəsində yerləşən Metsamor Atom Elektrik Stansiyası Türkiyə və Azərbaycan üçün böyük təhlükə olmasıdır.”

Bunu Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Fedrasiyası Başqan müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal NAXCİVANXEBERLERİ.COM-a müsahibəsində deyib.

“İğdırda meydana gələn 4,4 bal gücündə zəlzələ 6,7,8 bal gücündə olsaydı böyük bir fəlakət olardı.  İğdırın mərkəzindən 15 km, sərhəd kəndlərdən 100-200 metr məsafədə Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyası partlamağa hazır  elə bir bombadır ki, bir zəlzələdə  bölgə yerlə bir olar. Belə ki, 1988-ci ildə Ermənistanda baş verən zəlzələdə atom elektrik stansiyası zərər gördü və bunun nəticəsində də çatladı, ətrafa radiasiya yaydı. Güclü bir zəlzələ baş verdikdə insanlar dağıntılarla bərabər, həm də ətrafa yayılan radiasiya ilə də mübarizə aparmalı olacaqlar. 1988-ci ildə 6.9 bal gücündə zəlzələdə zədələndiyi üçün dərhal bağlandı, lakin 1995-ci ildə yenidən istifadəyə verildi. Ancaq heç bir tədbir görülmədi və zəlzələ bölgəsindən uzaqlaşdırılmadı. Bununla bərabər  kimyəvi element olan uranın təyyarə ilə Rusyadan  daşındığını düşünsək bu təhlükəni daha da ciddi bir hal almasına səbəb olur. Avropa Birliyi, insan və ətraf mühitin qorunması üçün mübarizə aparan təşkilatlar bu məsələyə ciddi yanaşmalıdırlar.

İğdırda xərçəng səbəbiylə ölümlərin, xərçəng xəstələrinin sayı artarkən Ermənistan prezidentinin Metsamor Atom Elektrik Stansiyasını 2040-cı ilə qədər  çalışmasını istəməsi ölümlərə və 2-ci Çernobil faciəsinə dəvətdir. Ermənistan prezidenti utanmadan elektrik stansiyasının fəaliyyətini dayandırmaycacaqlarını və yenisini hazırlayana qədər istifadə ediləcəyi haqqında dediyi sözlər qəbul edilməzdir. Avropa Birliyindən bu açıqlamaya  qarşı reaksiya verilməməsi də təəcübləndirici haldır ki, lazım olan reaksiya isə Avropa Birliyi bölgə üçün təhlükə yaradan bu elektrik stansiyasının bağlanması üçün lazımi təşəbbüs göstərməsidir.

 

Sovet İttifaqı dövründə, 1970-ci illərdə ibtidai texnologiya ilə qurululan, İğdırdan 16 km, Qars mərkəzindən 60 km və Yerevandan 40 km məsafədə yerləşən Metsamor Atom Elektrik Stansiyası  Qafqaz üçün təhlükədir.”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031