SON DƏQQƏ

naxcivanxeberleri.com

“Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətində yanğın-taktiki məşğələ keçirilib

“Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətində yanğın-taktiki məşğələ keçirilib
13-08-2020, 12:23

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq avqustun 12-də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətində “Ticarət mərkəzində yanğın zamanı işçilərin fəaliyyəti” mövzusunda əməli məşğələ keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, məşğələnin keçirilməsində məqsəd ticarət mərkəzində yanğın zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi və qərarların qəbulu üzrə rəhbər, kоmandir-rəis heyətinə təcrübə qazandırmaq, şərti baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılması üzrə mülki müdafiə qüvvələrinin uzlaşmış fəaliyyətini təşkil etməkdən ibarət olub.

Məşğələ bir mərhələdə 3 təlim nöqtəsində həyata keçirilib. İlk növbədə “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbər heyətinin və mülki müdafiə qüvvələrinin  yanğının qarşısının alınması üzrə hazırlığı yоxlanıb, ticarət mərkəzində şərti baş vermiş yanğın zamanı könüllü yanğınsöndürmə komandasının fəaliyyətinə qiymət verilib. Daha sonra yanğın оcağında maddi vəsaitlərin xilas edilməsi və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi praktiki olaraq məşq etdirilib.

Qeyd edək ki, keçirilən əməli məşğələyə Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin    30 nəfər şəxsi heyəti cəlb olunub. Məşğələdə qarşıya qoyulmuş məqsədlərə nail olunub, könüllü yanğınsöndürmə komandası və digər mülki müdafiə qüvvələri təcrübə qazanıb. Müəssisənin yanğın cəhətdən potensial təhlükəli obyekt olduğundan gələcəkdə bu kimi təlimlərin vaxtaşırı  keçirilməsi vurğulanıb.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930