SON DƏQQƏ

naxcivanxeberleri.com

Yetkinlik yaşına çatmayan uşaqların üzərinə qəyyumluq və himayəçilik hansı hallarda təyin edilir?

Yetkinlik yaşına çatmayan uşaqların üzərinə qəyyumluq və himayəçilik hansı hallarda təyin edilir?
11-08-2020, 16:13

Ailə qanunvericiliynə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.

 Mülki qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayan uşaqların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynlər məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə valideynlər uşaqlarını tərbiyə etməkdən və ya onların hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda, həmin uşaqların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

On dörd yaşınadək olan uşağın üzərinə qəyyum təyin edilir. Qəyyum qəyyumluqda olan uşağın qanun üzrə nümayəndəsi sayılır və onun adından və onun mənafeləri üçün bütün zəruri əqdləri bağlayır.

On dörd yaşından on səkkiz yaşınadək olan uşağın üzərində himayəçi təyin edilir. Himayəçi himayəçilikdə olan uşağa öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə köməklik göstərir, onun müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verir. Həmçinin himayəçi himayədə olan uşağı üçüncü şəxslərin sui-istifadəsindən qoruyur.

Qəyyum və himayəçi heç bir xüsusi səlahiyyət almadan qəyyumluqda və himayədə olan uşağın hüquq və vəzifələrinin müdafiəsini həyata keçirir.

 

Sualları Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930