SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycana ən çox turist BU ÖLKƏLƏRDƏN gəlib

Azərbaycana ən çox turist BU ÖLKƏLƏRDƏN gəlib
28-02-2019, 21:15

Bu ilin yanvarında Azərbaycana gələn əcnəbilərin sayı üzrə ən yüksək artım Pakistan, Hindistan, Qazaxıstan və Türkmənistan üzrə qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Məlumata görə, 2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Mərkəzi Asiyadır. Bu regionlardan gələn turistlərin sayında müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.

Ən yüksək artım tempi Cənubi Asiya ölkələrindən Pakistan və Hindistana, Mərkəzi Asiya bölgəsinə aid olan Qazaxıstan və Türkmənistana məxsusdur.

Yanvarda bu ölkələrin hər birindən Azərbaycana 2000-dən çox xarici vətəndaş gəlib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031