SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda reallaşdırılan meliorativ tədbirlər yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına yol açır

Naxçıvanda reallaşdırılan meliorativ tədbirlər yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına yol açır
4-08-2020, 19:16

Bu ilin ilk altı ayı ərzində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 2,7 kilometr ana xətt, müxtəlif diametrli borularla isə 24,5 kilometr paylayıcı boru xətti çəkilib, 270 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Şahbuz rayonunda Türkeş kəndi ərazisində 270 hektar sahədə 4,75 kilometr ana xətt, müxtəlif diametrli borularla isə 4,2 kilometr paylayıcı boru xətti çəkilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.

Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur, Babək, Şahbuz rayonlarında, ümumilikdə, 5 kilometr selə qarşı istiqamətləndirici bənd salınıb. Ötən dövrdə cəmiyyətin balansında olan, muxtar respublikada 2-ci suvarma mənbəyi kimi 102 nasos stansiyası və 826 subartezian quyusu istismar edilib. Nasos stansiyaların mexaniki və elektrik avadanlıqlarında lazım olan əsaslı və cari təmir işləri, 25 kilometr təzyiqli boru xəttində təmir-bərpa işləri vaxtında həyata keçirilərək etibarlı iş rejimi ilə təmin olunub.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunda Cəlilkənddə 7,6 kilometr su xətti çəkilib, 330 ev, 12 müəssisə şəbəkəyə qoşularaq sayğac quraşdırılıb. Beləliklə, layihə çərçivəsində işlər uğurla həyata keçirilib, Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi və Cəlilkənddə içməli su xətti istifadəyə verilib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930