SON DƏQQƏ

naxcivanxeberleri.com

Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər

Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər
3-08-2020, 22:03

Xəbər verdiyimiz kimi, düşmənin “Twitter”də Azərbaycanın Müdafiə Nazirliyinin adına saxta səhifə yaradıb. Bununla bağlı bəyanat verən Müdafiə Nazirliyi, erməni təxribatı ilə bağlı hər kəsi məlumatlandırıb, səhifənin ləğvi üçün ictimaiyyəti məlum səhifənin şikayət etməyə səsləyib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə açıqlama verən Respublika Veteranlar Təşklilatının sədr müavini, polkovnik Cəlil Xəlilov düşmənin təxribatlarına qarşı mübarizədə media və ictimaiyyətin aktiv iştirak etməsinin vacib olduğunu vurğuladı:

“Ermənilərin son addımı düşmənin informasiya təxribatının davam etdiyini, işğalçı dövlətin beynəlxalq ictimaiyyəti aldatmaq üçün yeni təxribatlara əl atdığını göstərir. Bu fakt onu göstərir ki, iyul döyüşlərində məğlub olan Ermənistan, işğaldakı torpaqları azad etmək haqqında deyil, yeni təxribatlar və yalanlar haqqında düşünür. Düşmən yalan informasiyalarla ictimai rəyi çaşdırmağa, xalqımızın və ordumuzun mənəvi-psixoloji durumuna təsir göstərməyə çalışır.

Şübhəsiz, hər bir azərbaycanlı, xüsusilə də milli mediamız düşmən təxribatlarının qarşısının alınmasında yaxından iştirak etməli, bu kimi məsələlərdə Müdafiə Nazirliyinə əlindən gələn dəstəyi əsirgəməməlidir. Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər və odur ki, bir an belə olsun sayıqlığımızı itirməməliyik. Çalışmalıyıq ki, düşmən təxribatlarını vaxtında de-şifrə edək, bu təxribatları birlikdə dəf edək.

Unutmaq olmaz ki, biz düşmənlə bütün müstəvilərdə mübarizə aparırıq və bu mübarizənin uğurla başa çatması üçün hər birimizin dövlətimizin ətrafında sıx birləşməsinə, onun hər bir çağırışına anındaca cavab verməyimizə ehtiyac var. Əminəm ki, bu günə qədər bu mübarizədə böyük əmək sərf edən KİV, bundan sonra da dövlətimizə lazımi dəstəyi verəcək və düşmən təxribatlarının ifşa edilməsində hər zamankı kimi yaxından iştirak edəcək”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930