SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Naxçıvanda  Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə  təşkilatçılığı ilə  maarifləndirici tədbir keçirilib
28-02-2019, 09:55

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmış və mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsininmülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov Kənd Təsərrüfatı Nazirliyində mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, dəm qazından zəhərlənmə və ondan qorunma yolları mövzularında iştirakçılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi Əbülfəz Qafarov fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları barədə dinləyicilərə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid videoçarxlar, videolar təqdim edilmişdir.
Naxçıvanda  Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə  təşkilatçılığı ilə  maarifləndirici tədbir keçirilibNaxçıvanda  Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə  təşkilatçılığı ilə  maarifləndirici tədbir keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930