SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Tariximizi qoruyaq və yaşadaq” aksiyası keçirilir

Naxçıvanda “Tariximizi qoruyaq və yaşadaq” aksiyası keçirilir
28-02-2019, 09:40

Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malik olan muzeylərimiz gündən-günə tarixi və maddi mədəniyyət nümunələri ilə zənginləşdirilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qədim maddi mədəniyyət nümunələrinin toplanması və qorunması işində məktəblilərin də iştirakını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya keçirilir.
Aksiyanın keçirilməsində əsas məqsəd şagirdlərimizi vətən pərvərlik ruhunda tərbiyə etmək, tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində də fəal iştirakçıya çevirməkdir. Aksiya çərçivəsində şagirdlər muxtar respublika ərazisində olan qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərimizin zənginləşdirilməsində öz vətəndaşlıq borclarını yerinə yetirəcəklər.
Bu yaxınlarda Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən qədim tariximiz və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun, saxsı çıraq və digər nümunələrdən ibarət 75 eksponat təqdim olunub. Aksiya müddətində muxtar respublika üzrə şagirdlər tərəfindən, təxminən, 50-yə yaxın yeni eksponat toplanıb. Aksiya davam etdirilir. Bu tədbirdə fəal iştirak edən müəllim və şagirdlər Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930