SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi hansı məsuliyyətə səbəb olur?

Uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi hansı məsuliyyətə səbəb olur?
27-07-2020, 12:30

Uşaq şəxsiyyətinin formalaşmasında ailənin, xüsusən valideynlərin çox böyük rolu vardır. Bu həm də valideynlərin və ya onları əvəz edən şəxslərin üzərinə vəzifə kimi qoyulur. Qeyd edilən vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilik məsuliyyət  müəyyən edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Əgər bu vəzifələrin yerinə yetirilməməsi nəticəsində yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olmuşdursa o zaman altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930