13:33 - Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir
13:21 - 2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
13:09 - Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq
12:30 - Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
12:22 - Avropa çempionatının vaxtı açıqlandı
12:15 - Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 190-a yüksəlib
12:02 - Sabah hava yağmursuz keçəcək
11:56 - Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb
11:47 - Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir
11:34 - Bu il ağır COVID-19 xəstələrinin müalicəsi üçün dərman hazırlana bilər
11:29 - Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
10:54 - Qubadlı rayonunun Əfəndilər kəndi -VİDEO
10:36 - Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Kimlərin mirasda məcburi pay almaq hüququ var?
Mülki qanunvericiliyə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüququ vardır. Məcburi pay tələb etmək hüququ vərəsəlik üzrə keçir. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Yəni miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.
Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.