SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qanunvericilikdə vəsiyyətnamənin dəyişdirilməsi qaydası necə müəyyən olunur?

Qanunvericilikdə vəsiyyətnamənin dəyişdirilməsi qaydası necə müəyyən olunur?
22-07-2020, 15:00

Vəsiyyətnamə şəxsin öz istəklərini əks etdirən şəxsi iradəsinin ifadəsidir. Şəxsin istəkləri isə həyatın axarında bu və ya digər hadisələrin təsiri altında dəyişə bilər, yaranmış yeni şəraitdə onların dəqiqləşməsinə ehtiyac yarana bilər. Buna görə də qanunvericilikdə vəsiyyət edənin vəsiyyətnaməni istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüquq müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vəsiyyət edən əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə, notariat orqanına ərizə verməklə,vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə vəsiyyətnaməni dəyişdirə və ləğv edə bilər.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728