SON DƏQQƏ

naxcivanxeberleri.com

Camaldın kəndi müasirləşir

Camaldın kəndi müasirləşir
20-07-2020, 07:30

Muxtar respublikada gedən quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edir. Culfa rayonunun kəndlərinə də bu quruculuqdan pay düşmüşdür. Hazırda 1800-ə yaxın əhalisi olan Camaldın kəndində kompleks quruculuq tədbirləri həyata keçirilir. 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq kənd yaşayış məntəqələrində də mühüm infrastruktur layihələri reallaşdırılır. Culfa rayonunun Camaldın kəndi də iri yaşayış məntəqələrindən biridir. Bu ilin mart ayından başlayaraq kənddə sosial yönümlü obyektlər inşa olunur. Burada müasir tipli məktəb binası, kənd və xidmət mərkəzləri tikilir, yol infrastrukturu yenilənir. 252 yerlik məktəb binası zirzəmi qatı ilə birlikdə 3 mərtəbəli olacaq. Hazırda inşaatçılar tərəfindən obyektdə son tamamlama işləri görülür. Yeni məktəb binası istifadəyə verildikdən sonra şagirdlərin hərtərəfli biliyə, dünyagörüşə malik olmaları, nümunəvi təhsil almaları üçün əlverişli şərait olacaq. Mərkəzləşdirilmiş qaydada istilik sistemi, geniş, işıqlı sinif otaqları, fənn kabinələri və laboratoriyalar təhsilin səviyyəsini xeyli yüksəldəcək. Camaldın kənd sakini Talıb İsgəndərli deyir ki, kəndimizdə aparılan kompleks quruculuq işləri biz sakinləri ruhlandırır. Yaxın vaxtlarda müasir yolumuz, maddi texniki bazası güclü olan təhsil ocağımız, əhalinin yerli məsələlərinin həllinə imkan verəcək kənd və xidmət mərkəzlərimiz istifadəyə veriləcək. Bununla da qədim tarixi keçmişə malik olan Camaldın müasir kəndlər sırasına qoşulacaq. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində müasir kənd mərkəzlərinin inşası diqqətdə saxlanılır. 3 mərtəbədən ibarət olacaq kənd mərkəzinin binası da bu diqqətin bariz ifadəsidir. Ayrı-ayrı qurumların, xüsusən də kənd icra nümayəndəliyinin, bələdiyyənin, poçt bölməsinin, baytarlıq məntəqəsinin fəaliyyəti üçün binada lazımi iş şəraiti yaradılır. Burada həmçinin əhalinin asudə vaxtının səmərəli təşkili üçün də müvafiq işlər görülür. Kənd mərkəzindəki həkim ambulatoriyası əhaliyə nümunəvi səhiyyə xidməti göstərməyə imkan verəcək. Sakinlər bundan sonra öz yerli məsələlərini bir mərkəzdə, qısa vaxtda həll edə biləcəklər. Bu baxımdan yeni inşa olunan xidmət mərkəzi də mühüm əhəmiyyət kəsb edir. Bu mərkəzdə sakinlər gündəlik tələbat mallarını əldə etməklə yanaşı, həm də özlərinin istehsal etdikləri yerli məhsulların satışını təşkil edə biləcəklər. Quruculuq tədbirləri çərçivəsində kəndi magistral yola birləşdirən avtomobil yolu da əsaslı şəkildə yenidən qurulur. Artıq bütün obyektlərdə son tamamlama işləri görülür. Quruculuq işləri kompleks şəklində aparılır.

Məhəmməd FƏRƏCOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30