SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur?

Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur?
14-07-2020, 20:00

İnzibati Xətalar Məcəlləsi ilə  məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasının inzibati məsuliyyəti  tənzimlənir. Qeyd olunur ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər saat 7-dək səs-küy salmaq məsuliyyətə səbəb olur. Eyni zamanda ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmaağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31