SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda taxıl biçini başlayıb-FOTO

Şahbuz rayonunda taxıl biçini başlayıb-FOTO
14-07-2020, 17:25

Şahbuz rayonunda taxıl biçininə başlanılıb. Biçin əsasən Şahbuzkənd, Türkeş, Sələsüz və Daylaqlı kəndlərində aparılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, taxılın toplanılmasında “Naxçıvan Aqrolizinq” ASC-nin Şahbuz rayon bazasına məxsus 2, fiziki şəxslərə aid 3 kombayndan istifadə olunur.

Bu il rayonda ümumilikdə 1563 hektar sahədə taxıl əkini aparılıb. Rayonunun təbii iqlim şəraitinə uyğun olaraq burada taxıl biçininə digər rayonlarla müqayisədə gec başlanılır.

Qeyd edək ki, Şahbuz rayonunda taxılçılığa maraq ildən-ilə artır. Buna səbəb isə bu sahəyə göstərilən dövlət qayğısı və yeni suvarma sistemlərinin quraşdırılmasıdır. Ötən il Türkeş kəndində qapalı suvarma sistemləri quraşdırılmasının nəticəsidir ki, bu il ən çox taxıl rayonun Türkeş kəndində əkilib. Torpaq mülkiyyətçiləri bu kənddə 300 hektardan artıq sahədə taxıl əkiblər.

Rauf KƏNGƏRLİ

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31