SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhidlərimizə görə telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxarıb - MTRŞ

Şəhidlərimizə görə telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxarıb - MTRŞ
13-07-2020, 17:36

Mili Televiziya və Radio Şurası (MTRŞ) bəyanat yayıb.

MTRŞ-dan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bəyanatda deyilir:

“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub, bir neçə hərbçisi isə yaralanıb. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilib.

Ölkəmizdə fəaliyyət göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib, yayımdan musiqili və əyləncəli verilişləri çıxarıblar. Pandemiya şəraitində yayımçıların əməkdaşlarının tam olaraq işə cəlb olunmamasını və texniki aspektləri nəzərə alaraq bəzi kanallarda isə bu proses növbəti gün həyata keçirilmişdir.

Milli Televiziya və Radio Şurası olaraq, yayımçıların bu prosesə həssas reaksiyasını dəstəkləyir və onlara bir daha belə günlərdə daha operativ davranmağı tövsiyə edirik.

Allahdan Azərbaycan Ordusuna zəfər, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik!”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31