SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur
13-07-2020, 16:39

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması iyun ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud, aztəminatlı ailənin üzvü olan 220 qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmış, onlardan 41-i haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilmişdir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,hesabat dövründə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq Naxçıvan Muxtar Respublikasında pandemiya ilə əlaqədar qadınlara iqtisadi dəstək göstərilməsi üçün tədbirlər keçirilmişdir.  Belə ki, layihə çərçivəsində Naxçıvan Biznes Mərkəzində layihə iştirakçıları üçün “Pandemiyadan qorunma tədbirləri” mövzusunda maarifləndirici seminarlar keçirilmişdir. Seminarların sonunda hər bir iştirakçıya əlcək, nano-maska və pandemiya ilə mübarizədə təhlükəsizlik tədbirlərinə dair layihə broşürası olan çanta təqdim edilmişdir. Seminarlar layihə təşkilatçıları tərəfindən internet bağlantısı vasitəsi ilə canlı izlənilmişdir. Layihənin sonunda, ümumilikdə muxtar respublikanın bütün rayonlarını əhatə etməklə 39 qadına 25 min 550 manat dəyərində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi və sairə ilə məşğul olmaları üçün nəzərdə tutulmuşdur. Eyni zamanda ötən ay sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı layihə iştirakçılarının evlərində monitorinq keçirilmişdir.

 

 “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. İyun ayında elektron məlumat bankına 1010 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş, əlavə olaraq Naxçıvan şəhəri üzrə valideyn himayəsindən məhrum olmuş 2 uşağın qeydiyyatı aparılmışdır. Həmçinin hesabat dövründə Naxçıvan Muxtar Respublikası üzrə 1814 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılmışdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31