SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

AMEA Naxçıvan Bölməsində “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb
13-07-2020, 14:22

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyası işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,nəşrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadə yaradıcılığı milli yönümdən hərtərəfli təhlil olunub.

Müəllif XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan xalqının real həyat tərzini bütün incəliklərinə qədər özünəməxsus tərzdə əks etdirən görkəmli ədibin yaradıcılığında təsvir edilən ailə-məişət adətlərini, sənətkarlıq sahələrini, təsərrüfat həyatı məsələlərini etnoqrafik baxımından tədqiqata cəlb edib. Eyni zamanda xalq arasında qorunub saxlanılmış adət və inamları sistemləşdirmək məqsədi ilə sorğular aparıb.

Tədqiqat əsərində Cəlil Məmmədquluzadə yaradıcılığında geniş təsvir edilən mənəvi mədəniyyətimizin bir çox cəhətlərinin sistemləşdirilməsi və müqayisəli təhlili qədim adət-ənənələrimiz haqqında geniş məlumat verməyə imkan yaradır.

Vəsaitin elmi redaktoru AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovdur.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31