SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yurda sevgi təbiəti zənginləşdirir

Yurda sevgi təbiəti zənginləşdirir
12-07-2020, 18:17

Hər həftənin şənbə günü rayonumuzun ərazisində hansı tərəfə üz tutsaq, hansı kəndə getsək, hansı massivdə olsaq , oralarda insanların böyük həvəslə yaşıllıqlara qulluq et diklərinin, səliqə-sahman yaratdıqlarının, təmizliklə məşğul olduqlarının şahidi oluruq. Bu şənbə iməciliyində də rayon sakinləri tərəfindən lazımi işlərin görülməsi, səliqə-sahmanın qorunması, tinglərin əkilməsi, yeni bağların salınması , yaşıllıq sahələrinə qulluq göstərilməsi rayonumuzun həm təbiətinə, həm də ümumi mənzərəsinə gözəlliklər bəxş etdi. Ötən şənbə günü də rayonun idarə, müəssisə və təşkilat kollektivləri mütəşəkkilliklə iməciliyə çıxdılar. Əlverişli hava şəraitindən istifadə edərək nəzərdə tutulan bütün işləri-yaşıllıq və bağ sahələrinə qulluğu, təmizlik və səliqə-sahmanı günün birinci yarısınadək yerinə yetirdilər. Həmçinin şəhərimizin müxtəlif sahələrində olan gülkarlıqlar, alaq otlarının vurulması və suvarılmasıda diqqət mərkəzində saxlanıldı. Nursu kəndinə gedən yolun kənarları otlardan təmizləndi, həmin yolun hər iki tərəfinə əkilmiş ağaclar suvarıldı, gövdələri ağardıldı. Mərəlik kəndi ərazisində salınmış üzüm bağı alaq otlarından təmizləndi. Şənbə günü iməciliyə çıxan 2373 iməcilik iştirakçısı üz tutduqları sahələrdə lazımi işlər gördülər. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar da həmişə olduğu kimi, iməcilik günü işlədikləri inzibati binaların daxilində və həyətyanı sahələrində təmizlik, səliqə-sahman yaratdılar. Rayonumuzun qəsəbə və kəndlərində də şənbə iməciliyi iştirakçıların böyük fəallığı ilə keçirildi. Kəndlərdə əvvəllər əkilmiş sahələrdəki ağac və tinglərə qulluq göstərildi, onların gövdələri ağardıldı.

“Oğuz səsi”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31