SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yağışlar çaylarda sululuğun artmasına səbəb olub

Yağışlar çaylarda sululuğun artmasına səbəb olub
12-07-2020, 17:25

Ötən gün ərzində ölkə ərazisinə yağan yağışlar nəticəsində Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay, Kürəkçay və Dəstəfurçay çaylarında sululuğun artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəfurçay çayında sel hadisəsi qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Kişçay çaylarında da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında sel hadisəsi qeydə alınıb.

“Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı baş verib. Qeyd edim ki, uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olub ki, bu da nisbətən Kür və Qanıx çaylarına öz təsirini göstərib”.

A.Verdiyevin sözlərinə görə iyulun 18-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı və bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31