SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Qanlıgöl” yaylağında oba sakinlərinə ticarət və tibbi xidmət göstərilib

“Qanlıgöl” yaylağında oba sakinlərinə ticarət və tibbi xidmət göstərilib
12-07-2020, 14:29

Şahbuz rayon İcra Hakimiyyətində təsdiq olunan Tədbirlər Planına uyğun olaraq rayonun aidiyyatı idarə və təşkilatlarının əməkdaşları “Qanlıgöl” yaylağında heyvandarlıqla məşğul olan sahibkarlarla görüşüblər. Rayon Mərkəzi Xəstəxanasının həkimləri oba sakinlərinə tibbi xidmət göstərib, onlara dərman preparatları paylayıblar. Oba sakinləri profilaktiki tibbi müayinəyə cəlb olunublar. Rayon Baytarlıq İdarəsinin həkimləri sahibkarlarla görüşərək yay aylarında heyvanlar arasında baş verən qan paraziti xəstəlikləri, zəhərlənmələr barədə məlumat veriblər. Oba sakinlərinə ticarət xidməti göstərilib, zəruri ərzaq məhsullarının satışı təşkil olunub. Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları da sakinlərin yaşadığı yerlərdə profilaktika məqsədilə dezinfeksiya tədbirləri aparıblar. Qeyd edək ki, indi yaylaqda olsa belə, müxtəlif mövsümi xəstəliklərdən-günvurmadan, zəhərlənmədən qorunmaq üçün müəyyən tibbi biliklərə malik olmaq lazımdır. Həmçinin obalarda daha çox ilan və əqrəb sancmaları ehtimalının olması baxımından maarifləndirmənin aparılması vacibdir. Buna görə də oba sakinləri arasında səhiyyə maarifi işinin aparılması da diqqət mərkəzində saxlanılır. Oba sakinlərinə bildirilib ki, əgər gözlənilmədən bu hallar baş verərsə, onda hər kəs ilk tibbi yardım göstərilməsini bilməli və xəstəni ağır vəziyyətdən çıxarmaq üçün lazımi tədbirlər görməlidir. Oba sakinləri göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Novruz Məmmədov

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31