SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ən faydalı idman növü – Şahmat

Ən faydalı idman növü – Şahmat
12-07-2020, 12:30

İncəsənət, oyuna yiyələnmə çətinliyinə görə isə elm adlandırıblar. Digər bir tərəfdən isə şahmat birlik, dostluq və sülh oyunudur. Şahmat onunla məşğul olanlara ən çətin məsələləri həll etmək və yeni fikirlər yaratmaq imkanı verir. Şahmat taxtası üzərinə düzülən fiqurların gedişi insanı qələbəyə doğru aparır. Şahmatla məşğul olan insanlar bir-birindən dəyərli və diqqət çəkən bacarıq və vərdişlərə yiyələnirlər. Şahmatın onunla məşğul olan insana öyrətdiyi, zaman içərisində aşıladığı ilk keyfiyyətlərdən biri həyatı müəyyən strategiya üzərində qurmaq prinsipidir. Bildiyimiz kimi, həyatı müəyyən strategiya üzrə qurmaq, yəni düşünülmüş bir yaşayış tərzi sürmək həyatımızın gözəl və bir çox hallarda xoşagəlməzliklərdən sığortalanmasına vəsilə olur. Şahmatın insana aşıladığı digər bir keyfiyyət isə onda qısa zamanda qərar alma, həmlə etmə və vaxt itkisinə yol vermədən hərəkətə keçmə vərdişlərini formalaşdırmasıdır. Bu amil isə fürsətlər dünyasında olduqca mühüm faktordur ki, bizə uğur qazandırsın, bu və ya digər addımlarımızda müvəffəq etsin. Çünki bəzi məqamlarda bizim qəraralmada gecikməmiz, vaxt itkisinə yol verməyimiz, nəticə etibarilə, uğursuzluqla qarşılaşmağımıza səbəb olur. Bununla yanaşı, şahmat bizə, həmçinin bir çox hallarda arxayınçılığın, özünə həddən artıq güvənməyin də mənfi nəticələr yarada biləcəyini öyrədir. Çünki bu idman növü daim insanı ayıq-sayıq olmağa, bir an belə olsun, fikrini yayındırmamağa səsləyir. Əks təqdirdə məğlubiyyət qaçınılmazdır. Şahmatın insana öyrətdiyi bacarıqlar yuxarıda qeyd edilənlərlə bitmir. Belə ki, bu idman növü onunla məşğul olan insanlara həm də müdafiə olunmağı, zəif tərəflərini öyrənib onu aradan qaldırmaq üçün mübarizə aparmağı, bəzən də üstünlüyü qorumaq üçün səy göstərmək kimi bacarıq və keyfiyyətləri öyrədir. Ümummilli liderimiz Heydər Əliyev şahmatın inkişafına böyük diqqət göstərmiş, Şahmatın inkişafı üçün dövlət səviyyəsində qərarlar qəbul etmiş, şəhər və rayonlarımızda şahmat məktəbləri və klubları açılmış, Azərbaycanda şahmat məktəbləri formalaşmışdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Şahmat insanı saflaşdıran və kamilləşdirən idman növüdür”. Bu gün Naxçıvan Muxtar Respublikasında “bəşər tarixinin ən qocaman kəşfi” adlandırılan şahmatın inkişafına da məhz bu prizmadan yanaşılır. Gənc nəslin əqli inkişafında şahmatın əhəmiyyəti nəzərə alınır, bu sahədə infrastruktur tam müasirləşdirilir, şahmat tədris və təbliğ olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun şahmatın önəmini xüsusi vurğulayaraq qeyd etdiyi “uşaqların zehni inkişafında şahmatın xüsusi rolu var. Bu oyun onlara birinci olmağı, qalib gəlməyi təlqin edir. Bu, oğlanlar üçün daha çox vacibdir. ona görə ki, onlar gələcəkdə torpaqlarımızın müdafiəçiləri olacaqlar. Şahmat gənclərdə özünəinam, liderlik keyfiyyətləri aşılayır. odur ki, muxtar respublikada bu işə xüsusi diqqət yetirilir” sözləri bir daha bu idman növünə muxtar respublikada dövlət səviyyəsində münasibəti ortaya qoyur. Məhz bu səbəbdəndir ki, muxtar respublikanın quruculuq coğrafiyasında şahmat məktəbləri xüsusi yer tutur. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, rayonlarda isə şahmat məktəbləri tikilərək istifadəyə verilir, onların maddi-texniki bazaları möhkəmləndirilir. Bu yenilikdən rayonumuz da öz payını almışdır. Culfa rayon Uşaq Gənclər Şahmat məktəbi 2006- cı ildə tikilmiş və hər cür yeni avadanlıqlarla təmin olunmuş, rayon sakinlərinin istifadəsinə verilmişdir. Bu gün dövlətimizin qayğı və diqqəti nəticəsində raronumuzda şahmat yeni inkişaf dövrünü yaşayır. Rayonumuz üzrə 90-dan çox fəal şahmatçımız var ki, onlardan Sadiq Abbasov, Elcan Qulamzadə, Elvin Hüseynli, Nur Həsənli, Amil Məmmədli, Murad Zülfüqarlı, Turan Nağıyev və başqalarının adını çəkmək olar. Təqdirolunası haldır ki, rayonumuzda əhalinin bütün təbəqələri şahmata maraq göstərir. Rayonumuzda şahmata maraqlı insanların bu idman növü ilə məşğul olması üçün heç bir məhdudiyyət yoxdur. Bunu yaradılan şahmat infrastrukturu, şahmatın inkişafı və tədrisi sahəsində görülən işlər deməyə əsas verir.

Nərmin İSMAYILOVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31