SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda 440 hektar sahədə kartof əkilib

Şahbuz rayonunda 440 hektar sahədə kartof əkilib
11-07-2020, 16:19

Rayonun iqtisadiyyatına gəlir gətirən bir çox sahələr mövcuddur. Kartofçuluğun inkişafı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Kartof əkini sahələrini genişləndirmək, sahibkarlığı inkişaf etdirmək, əhalinin bu məhsula olan tələbatını ilboyu ödəmək, xüsusən də kənd əhalisinin məşğulluğunu artırmaq məqsədilə rayonda ardıcıl tədbirlər həyata keçirilib, bu gün də keçirilir. İllərdən bəri torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi, onların keyfiyyətli kartof toxumu və gübrələrlə təmin olunması bu sahəyə olan marağı daha da artırıb, nəticədə isə əkin sahələri genişləndirilib. İndi zəhmət adamları bu qida məhsuluna olan tələbatlarını tamamilə ödəyir, istehsal etdikləri məhsulun artıq qalan hissəsini bazarlara çıxarıb satmaqla öz gəlirlərini artırır, eyni zamanda muxtar respublika sakinlərini də yerli kartofla təmin edirlər.

Ona görə də Şahbuz rayonu muxtar respublikada kartofçuluğun inkişafı üçün ən əlverişli bölgədir. Hərtərəfli dövlət qayğısı və qazanılan təcrübə cari ildə də öz əksini tapıb. Rayonda 440 hektar sahədə kartof əkini uğurla başa çatdırılıb. Rayonun Ağbulaq, Gömür, Mahmudoba, Yuxarı Qışlaq və Biçənək kəndlərində kartof əkini üçün münbit torpaqlar digər kəndlərlə müqayisədə üstünlük təşkil edir. Bu kəndlərin sakinləri kartofçuluğa olan maraqları sayəsində istər həyətyanı, istərsə də icarəyə götürdüyü torpaq sahəsində daha çox kartof əkininin aparılmasına üstünlük veriblər. Artıq qarşıdakı aylar torpaq mülkiyyətçilərini daha yaxşı işləməyə səsləyir.

Çünki əkinlərə vaxtlı-vaxtında və yüksək aqrotexniki qulluq göstərilməlidir ki, kartof yığımı zamanı arzuedilən məhsulun toplanılmasına nail olunsun. İnanırıq ki, kartofçuluqda təcrübə qazanan torpaq mülkiyyətçilərinin əməyi, zəhməti sayəsində sahələrdən bol məhsul tədarük olunacaq.

Hicran

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31