SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar  Nazirliyinin yeni internet saytı istifadəyə verilib
11-07-2020, 15:36

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar  Nazirliyinin rəsmi internet saytı müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında yenidən hazırlanaraq istifadəyə  verilmişdir.

Rabitə və Yeni Texnologiyalar  Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yenilənmiş  saytın əsas  məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, rabitə və internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir.

rabite.nmr.az adı ilə fəaliyyət göstərən yeni sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılmış, elektron xidmətlərin həcmi genişləndirilmiş, funksionallığı artırılmış və  yeni modullar əlavə edilmişdir. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.

Sayt 6 bölmə, 13 alt bölmədən və 16 moduldan ibarətdir. Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün Nazirliyin ünvanı, əlaqə telefonu, elektron poçt ünvanı və “Axtarış”  bölməsi yerləşdirilmişdir. İdarələrarası Elektron Sənəd Dövriyəsi Sistemi, elektron hökumət, elektron imza, İP televiziya, internet xidməti, elektron təhlükəsizlik və “Startap Naxçıvan” portalı haqqında məlumatlar slaydlar şəklində yerləşdirilmişdir.

Yeni yaradılan portalda ilk dəfə olaraq “İP televiziya” bölməsində İP TV Texnologiyası haqqında faydalı məlumat verilmiş, muxtar respublikada yayımlanan İP televiziya kanallarının siyahısı yerləşdirilmişdir.

Vətəndaşların Nazirliyə elektron formada müraciət etmələri üçün “Elektron müraciət” bölməsi yaradılmış, “Xidmətlər” bölməsində Nazirliyin göstərdiyi xidmətlərin bannerləri və onlar haqqında məlumatlar daxil edilmiş, “Aktual keçidlər” bölməsində isə nazirlik, komitə, idarə və təşkilatların, həmçinin muzeylərin internet saytlarına keçidlər slayd şəklində yerləşdirilmişdir.

Saytın “Naxçıvan bu gün” adlı bölməsində muxtar respublikamızın inkişafını və  turizm potensialını əks etdirən, eləcə də tarixi abidələrinin fotoşəkilləri slaydlarla göstərilmişdir.

İnternet istifadəçilərinin internet və rabitə xidmətlərindən daha operativ faydalanmasına öz töhfəsini verəcəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31