SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda taxıl biçini davam edir

Culfa rayonunda taxıl biçini davam edir
11-07-2020, 12:57

Rayonumuzda bu günədək 5227 hektar sahədə taxıl biçini həyata keçirilib. Biçin işləri mütəşəkkil formada davam edir. Bu mühüm kampaniyaya əvvəlcədən geniş hazırlıq tədbirləri həyata keçirilib, kombaynlar, taxılın daşınması üçün ayrılan avtomaşınlar texniki baxışdan keçirilərək lazım olan ehtiyat hissələri əldə edilib. Biçini vaxtında və itkisiz başa çatdırmaq, biçin zamanı ortaya çıxacaq hər hansı bir problemi operativ şəkildə həll etmək məqsədilə rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Biçinə 27 kombayn, yığılan məhsulu daşımaq üçün kifayət qədər texnika cəlb edilib. Havaların isti keçməsi nəzərə alınaraq yanğından mühafizə tədbirləri gücləndirilib. Biçinlə paralel şəkildə küləş də kiplənib sahələrdən çıxarılır. Rayonun Kırna, Qızılca, Gal, Əbrəqunus, Bənəniyar, Saltaq və Göydərə kəndlərində biçin sürətlə davam edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31