SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad rayonunda yaşıllıqlara aqrotexniki qulluq göstərilir

Ordubad rayonunda yaşıllıqlara aqrotexniki qulluq göstərilir
11-07-2020, 11:41

Son illər muxtar respublikamızda yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi muxtarrespublikanın hər bir guşəsində keçirilən və naxçıvanlıların vətəndaşlıq borcuna çevrilən iməciliklər nəticəsində mümkün olub. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir. Keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmaqdadır.

Bağlar diyarı Ordubad rayonunda Ordubad-Naxçıvan magistral avtomobil yolunun kənarlarındakı bağlıq ərazilərdə, Düylün-Aza kəndləri arasındakı avtomobil yolunun kənarlarında 5 hektarlıq ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərilib, 1,7 hektarlıq üzüm bağında dayaqlar basdırılıb, 4 hektarlıq qızılgül bağı alaq otlarından təmizlənib, suvarma işləri görülüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31