SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babəkdə yeddi min hektardan artıq sahənin taxılı biçilib

Babəkdə yeddi min hektardan artıq sahənin taxılı biçilib
11-07-2020, 10:33

Babək rayonunda taxıl biçini mütəşəkkil aparılır. İndiyə kimi yeddimin hektardan artıq zəminin məhsulu yığılıb.Biçində 34 kombaynın qüvvəsindən istifadə olunur.

Bu il Babək rayonunda 11 min 767 hektarda taxıl yetişdirilib.Bunun 7934 hektarını buğda, 3833 hektarını isə arpa təşkil edir. Bu ilin məhsulu üçün Yarımca kəndində 463 hektarda taxıl yetişdirilib. Bunun 307 hektarını buğda, 157 hektarını isə arpa təşkil edir. İndiyə kimi 200 hektara yaxın sahənin taxılı yığılıb. Taxıl zəmilərində 5 kombayn, onlarla taxıl daşıyan, kipvuran və digər texnikalar işləyir. Taxılçılıqda ailə təsərrüfatları da yaxından iştirak edirlər.Yarımca kəndindən olan ikinci dərəcəli “Əmək” ordenli Arif Cəfərov təcrübəli taxılçı kimi tanınır. Onun başçılıq etdiyi ailə təsərrüfatı builki mövsümdə 55 hektar sahədə taxıl yetişdirib. Becərmələr aqrotexniki qaydalar əsasında həyata keçirildiyindən və növbəli əkinlərə üstünlük verildiyindən bu il də taxılsahələrindən bol məhsul götürülür. Ailə təsərrüfatçısı taxıl istehsalı ilə yanaşı, keyfiyyətli toxum tədarükünə də üstünlük verir. O, hər il əkib becərdiyisahədən 70 tona yaxın toxum götürür. Ərazidə istehsal olunan taxılın qəbul məntəqələrinə təhvili də mütəşəkkil həyata keçirilir.Bu məqsədlə onlaristehsal etdikləri taxılıBadaşqan kəndindəki “Xəyal” Məhdud MəsuliyyətliCəmiyyətinin un dəyirmanına təhvil verirlər. Ailə təsərrüfatçıları öz taxıllarını da burada üyüdürlər. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31