SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ səfirliyi 2020-2022-ci İllər üçün jurnalistika üzrə magistr proqramını elan edir

ABŞ səfirliyi 2020-2022-ci İllər üçün jurnalistika üzrə magistr proqramını elan edir
10-07-2020, 19:52

ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunun aparılması haqda məlumat verir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2020-2022-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2020-dekabr 2021) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2022 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2022-ci ilin iyul ayında tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən GİPA-ya qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap, həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı Səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin sentyabrında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədə iştirak. Sənədlərin qəbulu üçün son müddət 27 iyul 2020-ci ildir.

Əlavə məlumat və sənədlərin təhvili üçün əlaqə saxlayın:

Mehdi Hüseynquluyev, proqramın yerli koordinatoru

E-mail: [email protected]
[email protected]

Gürcüstanın İctimai İşlər İnstitunun nəzdində
Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi
Ünvan: Brosse küç. 2, Tbilisi, Gürcüstan
E-mail: [email protected] web: http://www.gipa.ge/csjmm/cert_en.php

Əlavə məlumat:

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçu və jurnalistlər yetişdirən institutdur.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçilyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məktəbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Məktəbin açıldığı vaxtdan bəri 155-a yaxın məzun ingilis dilli regional proqramı bitirərək jurnalistika və media idarəçilyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadırlar. Onların 87%-i hazırda müxtəlif sahələrdə çalışırlar. Bizim məzunlar hazırda işlədikləri televiziya, radio və qəzetlərdə dəqiq, qərəzsiz, müstəqillik kimi prinsiplərə söykənən tanınmış jurnalistlərdir. Məzunlarımızın ən çox cəmləşdiyi media qurumları 1 News, Turan, APA informasiya agentlikləri, CBC, BBC Monitorinq, Azadlıq/Azad Avropa radiosunun rus və azərbaycan xidmətləridir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31