SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜMT-nin rəhbəri ölkələri qlobal istiləşmənin qarşısının alınmasının vacibliyini unutmamağa çağırır

ÜMT-nin rəhbəri ölkələri qlobal istiləşmənin qarşısının alınmasının vacibliyini unutmamağa çağırır
10-07-2020, 16:36

Planetimizin istiləşməsi davam edir. Yaxın beş ildə orta illik temperaturun sənaye dövrünədək olan göstəriciləri ən azı 1℃ üstələyəcəyi və bu artımın 0,91-dən 1,59 ℃-dək diapazonda olacağı gözlənilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bundan əlavə, Avropada fırtınaların baş verəcəyi proqnozlaşdırılır. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

ÜMT-nin yeni hesabatına görə, 2020-2024-cü illərdə cənub okeanlarının ayrı-ayrı hissələri istisna olmaqla, demək olar ki, bütün regionlarda isti olacaq. Şimali Atlantikanın şimal hissəsində daha güclü qərb küləkləri əsə bilər ki, bu da Qərbi Avropada fırtınaların güclənməsinə gətirib çıxaracaq.

Arktikaya gəldikdə isə bu bölgənin 2020-ci ilin qlobal orta göstərici ilə müqayisədə iki dəfədən çox istiləşəcəyi ehtimal edilir.

Yaxın beş ilin iqlim dəyişikliyi barədə məlumatlar və iqlim proqnozları hər il yenilənir. Bu məlumatda dünya səviyyəsində tanınmış iqlim alimlərinin bilik və təcrübəsindən, eləcə də dünyanın aparıcı iqlim mərkəzlərinin, kompüter texnologiyalarının araşdırmalarından istifadə olunur.

“Elmi cəhətdən yüksək dərəcədə olan bu tədqiqat işi iqlim dəyişikliyinə dair Paris razılaşması çərçivəsində həll ediləcək problemin miqyasını göstərir. Burada söhbət cari yüzillikdə qlobal temperatur artımını sənaye dövrünədək olan göstərici ilə müqayisədə 2 ℃-dən xeyli aşağı səviyyədə saxlamaqdan gedir”, -deyə ÜMT-nin baş katibi Petteri Taalas bildirib.

O vurğulayıb ki, bu gün beynəlxalq birliyin bütün qüvvələrinin pandemiya ilə mübarizəyə qoşulması səbəbindən dövlətlərin iqlim dəyişikliyinin qarşısının alınması üçün lazımi tədbirlər görə bilməməsi ağır nəticələrə gətirib çıxara bilər. ÜMT-nin rəhbəri bərpa proqramları çərçivəsində bütün ölkələri qlobal istiləşmənin qarşısının alınmasının vacibliyini unutmamağa çağırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31