SON DƏQİQƏ

naxcivanxeberleri.com

ASCO onlayn kurslara başlayıb

ASCO onlayn kurslara başlayıb
10-07-2020, 15:07

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində (TTM) onlayn kurs keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  bu barədə ASCO-dan məlumat verilib.

Koronavirus səbəbindən tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursunun nəzəri hissəsinin onlayn təşkil olunub.

8-10 iyul tarixlərində baş tutan kursu TTM-in baş təlimatçısı Cavanşir Rəcəbli aparıb. Kursda ASCO-nun həm Xəzər Dəniz Neft Donanması, həm Dəniz Nəqliyyat Donanmasının dənizçiləri iştirak ediblər. Dərslər Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun tərtib edilmiş və Dövlət Dəniz Agentliyi tərəfindən təsdiq olunmuş proqram üzrə aparılıb.

Qeyd edək ki, mütəmadi olaraq keçiriləcək kursların praktiki hissəsi və yekun imtahanların verilməsi xüsusi karantin rejimi bitdikdən sonra baş tutacaq. Kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərə müvafiq sertifikatlar veriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31