SON DƏQİQƏ

naxcivanxeberleri.com

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir
10-07-2020, 02:16

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir. Əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə 2020-ci ilin iyun ayı ərzində təmir-bərpa və tikinti işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu dövrdə su istifadəçilərinə 53,6 milyon kubmetr su verilmiş, bunun müqabilində 45 min 168 hektar torpaq sahəsi suvarılmışdır. 11 kilometr beton və torpaq kanal, 17,7 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənmiş, 6 kilometr suvarma, 2,6 kilometr təzyiqli boru xətti təmir-bərpa edilmiş, 60 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

1,2 kilometrselə qarşı istiqamətləndirici bənd salınmışdır.Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün KəngərlirayonununBöyükdüz kəndində 800 hektar, Şahbuz rayonunun Türkeş kəndində 270 hektarsahədə qapalısuvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 7,6 kilometr suvarma xətti çəkilmiş, 32 supaylayıcı hovuz və 50 suvarma hidrantı quraşdırılmışdır. Qeyd olunan dövrdə 91 subartezian quyusunda və 5 kəhrizdə təmir-bərpa işləri aparılmış, 1 kəhrizdə işlər başa çatmışdır.

Muxtar respublikanın yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır, kanalizasiya sistemləri qurulur. Bu istiqamətdə görülən işlər ötən ay da davam etdirilmişdir. Belə ki, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 10 kilometrsu və 9 kilometr kanalizasiya, Sədərək rayonunda 6,7 kilometr su, 10 kilometr kanalizasiya, Kəngərli rayonunda isə 10,8 kilometr su xətti çəkilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31