SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə yaşayan həmyerlilərimizin problemlərinin həllinə dair müzakirələr aparılıb

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə yaşayan həmyerlilərimizin problemlərinin həllinə dair müzakirələr aparılıb
9-07-2020, 20:13

İyulun 9-da Türkiyə Miqrasiya Baş İdarəsinin xarici əlaqələr şöbəsinin rəisi Gülbahar Arslanın və İstanbul Miqrasiya İdarəsinin rəisi Recep Batunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyevin görüşü olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə  baş konsulluqdan məlumat verilib.

Qeyd edilib ki, baş konsulluqda keçirilən görüşdə 1990-cı illərdə Azərbaycandan Türkiyəyə gələn həmvətənlərimizin bu ölkədəki sosial-hüquqi vəziyyətlərinin dəqiqləşdirilməsi, müvafiq sənədləşmə işlərinin aparılması və s. məsələlər müzakirə olunub. Bildirilib ki, bu kateqoriyaya aid olub hazırda Türkiyədə yaşayan vətəndaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində mümkün olub.

Görüşdə Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən daha əvvəl keçirilən bənzər görüşlərdə də irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlərin həlli istiqamətində fəaliyyət planı ilə əlaqədar qardaş ölkələrimizin müvafiq qurumları arasında görüşlərin bundan sonra daha da intensivləşdiriləcəyi vurğulanıb. Bu məsələlərin qısa vaxtda həllini tapacağı ifadə olunub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31