SON DƏQİQƏ

naxcivanxeberleri.com

İcarə müqaviləsi nədir?

İcarə müqaviləsi nədir?
6-07-2020, 14:48

İcarə müqaviləsi  kirayə müqaviləsinin növlərindən biri kimi əsas məqsədi əmlakın müvəqqəti istifadəyə verilməsidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

İcarə predmeti-torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə müqaviləsi müəyyən və qeyri müəyyən müddətə bağlana bilər. Müqavilədə icarə müddəti göstərilməyibsə deməli müqavilə qeyri müəyyən müddətə bağlanmışdır. Bu halda müqavilənin ləğvinə Mülki Məcəllənin müvafiq maddəsinə əsasən altı aylıq xəbərdarlıq müddətini gözləməklə ilin sonunda yol verilir. İcarəyə verən və icarəçi qismində mülki dövriyyənin istənilən subyekti çıxış edə bilər.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31