SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı deputat:Kimdənsə, nədənsə incik düşərək bunun acığını doğma yurdunda axtarmaq şəxsi ambisiyadır

Naxçıvanlı deputat:Kimdənsə, nədənsə incik düşərək bunun acığını doğma yurdunda axtarmaq şəxsi ambisiyadır
24-02-2019, 14:17

Mənim vətənim Azərbaycandır.
Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm.

Doğulduğum yer Naxçıvandır, bütün varlığımla bu füsunkar diyara bağlıyam, vurğunam. Mənim Vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Mənim elim qədim və müasirdir. Vətənimin laləli çöllərini, zirvəsi ağ örpəkli, ətəyi yaşıl çəmənli, kəklik otu qoxulu dağlarını, coşqun çaylarını candan artıq sevirəm. Hər bölgəmiz mənə əzizdir, yurdumun hər mahalında özümü öz evimdəki kimi hiss edirəm.
Naxçıvanımız əsas torpaqlardan uzaq düşüb. Blokada şəraitində olmasına baxmayaraq inkişaf edir, gözəlləşir. Düşmənə göz dağıdır. Bu cür də olacaq hər zaman.
Biz insanlar isə bu məsafəni daha yaxın və ya daha uzaq edə bilirik.

Ulu Öndər deyirdi:
"Kim olursan ol, hansı partiyaya mənsub olursan ol ,öz Vətənini sevən insan ol !"

Siyasət adamları da öz ölkəsi üçün xeyirlisi nədirsə onu etməyə çalışır. İnsanlar öz içindən daha bacarıqlı, işgüzar, vətənpərvərlik hissləri daha çox olan adamları özünə müdafiəçi seçir, onlara inanır, ona pənah gətirirlər.
Bu günə kimi Naxçıvanımızın bölgələrindən Milli Məclisə bir çox deputat seçilibdir, tanınan deputatlar canla başla öz vətəndaşına xidmət etməyə çalışır və insanları seçmir ,hansı bölgədən olmasına baxmayaraq öz missiyasını yerinə yetirir.
Cənab Prezidentimizin rəhbərliyi altında, Azərbaycanım inkişaf edir, abadlaşır, gözəlləşir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikası üçün ən gözəlini və doğrusunu edir.
Hər elin öz ağsaqqalı olmalıdır. Naxçıvanımız əzəldən güclü liderlər, hökmdarlar, sərkərdələr, siyasət və mədəniyyət diyarı-beşiyi kimi tanınıb.
Nəyin bahasına olursa olsun, canımızdan keçərik, Vətənimizdən keçmərik. Naxçıvana gələn qonaqlar: "Şəhərinizi, kəndlərinizi sanki bir körpə tək əzizləyirsiniz" hər daşında qədimlik möhürü duran bu müqəddəs torpağı qoruyursunuz ifadələri işlədirlər.
Muxtar Respublikada təşkilatların biri biri ilə əlaqəsi, struktur mexanizmi elə mükəmməl qurulub ki, hər birimiz qərəzsiz dövlətin maraqlarını qorumaq şərti ilə öz işimizi qururuq, tədbirlər keçiririk.
Muxtar Respublikada dövlət quruculuğu yönündə aparılan işlər açıq özünü biruzə verməkdədir.
Bu gün inkişafı, yeniliyi qəbul etməyən insanlar, sadəcə öz yurdundan , yad təsirlərə düşən insan ola bilər.
Kimdənsə, nədənsə incik düşərək bunun acığını doğma yurdunda axtarmaq şəxsi ambisiyadır. Dövləti, Vətəni, doğulduğun torpağı hər kəs öz ağlına, özünə uyğun formalaşdıra bilməz.
Tərəqqi və yaradıcılıq içində olan insanlar bunu sakit qəbul etməməli və layiqli cavablandırmalıdır!
Hər kəsi Naxçıvana dəvət edirəm...
Mənim üçün məsafə yoxdur, məni tanıyanlar bunu çox yaxşı bilir. Mən səhər Bakıya işə gedir və evim, isti yuvam olan Naxçıvana axşam qayıdıram.
İnsan çörəyini yediyi, suyunu içdiyi, böyüdüyü diyarın bir tozunu belə, şəxsi ambisiyalarına satmaz, pisləməz .


Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı
Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri
Azərbaycan Respublikasının Əməkdar Rəssamı

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031