SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda növbəti kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

Naxçıvanda növbəti kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub
4-07-2020, 21:07

Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən Mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yarmarkaya muxtar respublikanın bütün bölgələrindən 230 ailə təsərrüfatçısı tərəfindən 55 tona yaxın 236 çeşiddə keyfiyyətli məhsul çıxarılıb. Mövsümlə əlaqədar olaraq yarmarkada daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də kənd təsərrüfatı məhsulları çoxluq təşkil edib.

Burada sənaye mallarının satışı üçün ayrıca bölmə də yaradılıb. Bununla da satış yerlərinin sayı 385-ə çatdırılıb. Sənaye bölməsində muxtar respublikada müxtəlif dövlət və özəl qurumlar tərəfindən istehsal olunan ərzaqlar, ət və ət məhsulları, broyler fabriklərinin istehsalı olan toyuqlar, mineral sular və digər məhsullar satışa çıxarılır.

Yarmarkaya çıxarılan kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti artırılmaqla bərabər qiymətlərində də ucuzlaşma var. Belə ki, kartofun 1 kiloqramı 20-60 qəpik, pomidorun 1 kiloqramı 1- 2 manat, lobyanın 1 kiloqramı isə 50 qəpik 1 manat arası dəyişir. Alıcılar meyvə-tərəvəz məhsullarını münasib qiymətə ala bilərlər.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkasında mövcud vəziyyətlə əlaqədar olaraq zəruri tədbirlər həyata keçirilir, alış-veriş başa çatdıqdan sonra bazar təmizlənir, yuyulur və dezinfeksiya edilir.

Rauf KƏNGƏRLİ

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31