SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaşıllıqlara qayğı göstərilir

Yaşıllıqlara qayğı göstərilir
4-07-2020, 17:48

Torpağa bağlanan, zəhmətə qatlaşan insanlar sayəsində hektarlarla yeni bağlar salınır, yaşıllıq zolaqları genişləndirilir, meşə sahələri artırılır, səliqə-sahmanın qorunmasına və təmizliyə nail olunur. Bu gün rayonumuzun hər tərəfində yaşıllıq, gülzarlıq, bağ sahəsi, gözəllik yaradılırsa, bu, çəkilən zəhmətin bəhrəsidir. İllərdir ki, şəhər, qəsəbə və kəndlərimizdə iməcilik yolu ilə daşlı-kəsəkli boş sahələr təmizlənərək yararlı sahələrə çevrilib. Əkin üçün hazırlanıb, çoxlu tinglər əkilib, meyvə bağları salınıb.

İndi isə onlara qayğı göstərilir, qulluq edilir ki, barlı-bəhərli ağaclar olsunlar. Göstərilən qayğı sayəsində əkilən fidanlar tezliklə qol-budaq atır, gözəllik mənzərəsi yaradır. İndi rayon sakinləri barverən meyvə bağlarından bol məhsul yığırlar. Əllərinin zəhmətilə yaratdıqları gözəlliyi, yaşıllığı artıran şahbuzlular ötən şənbə günü də həvəslə iməciliyə çıxdılar. 2375 iməcilik iştirakçısının rayon ərazisindəki massiv, bağ və yaşıllıq sahələrində becərmə, suvarma işlərini həyata keçirmələri yaşıllıqlara qayğının göstəricisidir. Şənbə günü şəhərin Heydər Əliyev prospektindəki ümumi sahəsi 1,2 hektar olan gülkarlıqlar alaq otlarından təmizlənib, ağacların gövdələri ağardılıb.

1,3 hektar ərazidə salınmış “Gənclər bağı”nda alaq otları təmizlənib, əkilən tinglərə aqrotexniki qaydalara uyğun qulluq göstərilib. İdarə, müəssisə və təşkilat kollektivləri günün birinci yarısınadək sahələrdə olaraq qulluq işlərini həyata keçiriblər. Rayonun bütün şəhər, qəsəbə və kəndlərində də iməcilik mütəşəkkilliklə keçirilib, inzibati binaların ətrafında səliqə-sahmana diqqət yetirilib. Beləcə, ilin bütün fəsillərində mütəşəkkilliklə iməciliyə çıxan rayonumuzun idarə, müəssisə və təşkilat kollektivləri ötən həftə də öz ənənələrinə sadiq qaldılar.

Turanə Baxşəliyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31