SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuzda yeni qapalı suvarma şəbəkəsi qurulur

Şahbuzda yeni qapalı suvarma şəbəkəsi qurulur
4-07-2020, 14:27

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir. Son illər istifadəyə verilən qapalı suvarma şəbəkələri hesabına hektarlarla yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır.

Həyata keçirilən bu tədbirlərin davamı olaraq rayonumuzun Türkeş, Sələsüz və Mərəlik kəndlərində 270 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi qurulur. Layihə xəttinin ümumi uzunluğu 34 min 808 metrdir. Ərazidə müxtəlif diametrli borularla 7534 metr ana xətt və 27 min 274 metr paylayıcı suvarma şəbəkəsi çəkilir. Xəttlərin üzərində 51 sutəmizləyici siyirtmə, 286 hidrant və 81 suboşaldıcı quraşdırılacaq. Qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən aparılır. Bu ilin may ayından başlanan tikinti işləri başa çatdırılmış, hovuzlar hazır vəziyyətə gətirilmişdir.

Görülən işlər çərçivəsində 5 kilometrə yaxın ana xətt, 4 kilometr paylayıcı xətt çəkilmişdir. Tikinti işləri aparılan zaman ərazinin relyefinin nəzərə alınması suyun əkin sahəsinə itkisiz və öz axını ilə çatdırılmasına imkan verəcək. Layihənin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Ötən il rayonumuzun Türkeş kəndində də 343 hektar sahəni əhatə edən yeni qapalı suvarma şəbəkəsi qurulmuşdur. Qeyd edək ki, qapalı suvarma şəbəkəsinin qurulması daimi su təminatını, torpaqların münbitliyini və məhsuldarlığını artıracaq, bir sözlə, həmin ərazilərdə ikinövbəli əkinlərin aparılmasına imkan verəcək.

“Oğuz səsi” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31